Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Qaraca Qız
Səhnə sənəti

Qaraca Qız

22 noyabr 2026, bazar · 12:00Şuşa Dövlət Musiqili Dram Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 7 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

“Qaraca qız”

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Sani Axundov 1912 – 1914–cü illərdə “Qorxulu nağıllar” adı altında hekayələrini yazıb.
Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı şəkildə əks olunub.
1948–ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulmuşdur.
Şuşa Dövlət Müsiqili Dram Teatrının kollektivi də bu pyesə müraciət etmiş və maraqlı səhnə əsəri ilə balaca tamaşaçılarının yolunu gözləyir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.
Prodüser- Yaşar Muradov

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

Şuşa Dövlət Musiqili Dram Teatrı

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 48, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın