Sabah – Rytas | FIBA Basketbol Çempionlar Liqası
22 dekabr 2026, çərşənbə axşamı · 21:00Milli Gimnastika Arenası · Bakı
Bilet qiyməti (min.)
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
İştirakçılar
Təsvir
Davamını oxu
Sabah – Rytas | FIBA Basketbol Çempionlar Liqası
Avropa basketbolunun həyəcanını yenidən Bakıda yaşamağa hazırsınız?
Dekabrın 22-də “Sabah” Basketbol Klubu FIBA Basketbol Çempionlar Liqasının qrup mərhələsindəki son ev oyununda Litvanın “Rytas” komandası ilə Milli Gimnastika Arenasında üz-üzə gələcək.
Gərgin mübarizə, həyəcan dolu anlar və tribunaların möhtəşəm atmosferi sizi gözləyir. Qrup mərhələsinin son ev oyununda komandamızın qələbə uğrunda mübarizəsinə şahid olun və tribunadan “Sabah”a dəstək verin.
Basketbol həyəcanı yalnız meydança ilə məhdudlaşmayacaq. Fun zonada müxtəlif əyləncələr, oyun fasilələrində isə maraqlı şou proqramı axşamınıza xüsusi rəng qatacaq. Ailəniz və dostlarınızla birlikdə idman və əyləncə dolu unudulmaz anlar yaşayın.
Daha komfortlu və özəl oyun təcrübəsi yaşamaq istəyən azarkeşlər 75 və 100 AZN dəyərində biletlər əldə edərək VIP lounge xidmətindən yararlana bilərlər. Burada təqdim olunan müxtəlif yemək və içkilərdən zövq alaraq, oyunu rahat və xüsusi atmosferdə izləmək imkanınız olacaq.
Tarix: 22 dekabr 2026
Başlama saatı: 21:00
Məkan: Milli Gimnastika Arenası
Yaş həddi: 0+ (bütün yaş qrupları üçün uyğundur)
Biletlərinizi indidən əldə edin, tribunada yerinizi tutun və qrup mərhələsinin son ev qarşılaşmasında komandamızın yanında olun. Gəlin, qələbəyə gedən yolda “Sabah”a birlikdə dəstək olaq.
Əlavə məlumat
Süni intellektlə yaradılıbAvtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.
22 dekabr 2026, saat 21:00-da Milli Gimnastika Arenasında “Sabah” Basketbol Klubu FIBA Basketbol Çempionlar Liqasının qrup mərhələsindəki son ev oyununda Litvanın “Rytas” komandası ilə qarşılaşacaq. Fun zonada əyləncələr, oyun fasilələrində şou proqramı olacaq. 75 və 100 AZN-lik biletlərlə VIP lounge xidməti təqdim olunur. Yaş həddi: 0+.