Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Vienna Strauss Philharmonie Orchestra
Musiqi

Vienna Strauss Philharmonie Orchestra

27 noyabr 2027, şənbə · 18:00Bakı Konqres Mərkəzi · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 50 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

27 noyabr 2027-cı il tarixində Vienna Strauss Philharmonie Orchestra yenidən Bakıda konsert
proqramı ilə çıxış edəcək.

Kollektiv yeni proqram Strauss’s Timeless Waltzes təqdim edəcək. Proqrama Motsartın, Bramsın, Offenbaxın, Rossininin, parlaq Kalmanın əsərləri, eləcə də Ştrauslar sülaləsinin ölməz musiqi inciləri daxildir.

Orkestr 2014-cü ildə Vyanada müxtəlif tanınmış musiqi kollektivlərinin musiqiçiləri tərəfindən
yaradılmışdır.

Orkestrin dəyişməz dirijoru uzun və uğurlu yaradıcılıq yolu keçmiş, istedadlı və xarizmatik maestro Andraş Deakdır.

Bu qastrol səfəri üçün Avstriya, Macarıstan, Yaponiya, Ukrayna, Almaniya, Polşa, Tayvan,
Xorvatiya və Kiprdən olan 27 musiqiçi xüsusi münsiflər heyəti tərəfindən seçilmişdir.

Kollektivin fəaliyyəti Vyana musiqi mədəniyyətinin qorunmasına və inkişafına, eləcə də onun
Avropa və beynəlxalq səviyyədə təbliğinə yönəldilmişdir.

Təşkilatçılar ümid edirlər ki, bu musiqi axşamı tamaşaçılara UNUDULMAZ VƏ SEVİNC DOLU
EMOSİYALAR bəxş edəcək.

https://youtu.be/3uc7F1cdswo?si=s5_hLGgF2dMdfZq4

Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin "B" girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.

Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən "B" girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.

MusiqiKonsertlər

Mənbə: iticket.az

Harada

Bakı Konqres Mərkəzi

Təbriz Küçəsi, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın