Məzmuna keçin
360expAçıq beta
Daxil olun
"Adamlar və Siçanlar"
Səhnə sənəti

"Adamlar və Siçanlar"

28 noyabr 2026, şənbə · 19:00M Teatr · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

İnsanlar necə siçana çevrilirlər?.. Bəs siçanlar hansı anda yırtıcıya çevrilir?..

İnsanı arzularından, ləyaqətindən və ümidindən vaz keçməyə nə məcbur edə bilər — bir parça torpaq, bir tikə çörək, tənhalıq qorxusu, yoxsa ömürlük həbs təhlükəsi?

“İnsanlar və siçanlar” tamaşası insan dostluğu, arzular və amansız reallıq haqqında hekayədir. Elə bir reallıq ki, burada hər kəs öz daxilindəki insanlığı qoruyub saxlaya bilmir. Qəhrəmanlar dünyada öz yerlərini tapmağa çalışır, sadə arzularına sarılır və bir gün ev, azadlıq və sakitlik əldə edə biləcəklərinə inanırlar. Lakin həyat onları dəfələrlə elə seçimlər qarşısında qoyur ki, bir səhvin qiyməti həddindən artıq ağır ola bilər.

Xeyirlə qəddarlıq, zəifliklə güc, insanla vəhşi arasındakı sərhəd haradan keçir? Qorxu, yoxsulluq və ümidsizlik öz qaydalarını diktə etməyə başlayanda insanlara nə olur?

İnsan kimi yaşamaq, yoxsa sadəcə sağ qalmaq? İnsan olaraq qalmaq, yoxsa güclünün həmişə zəifi məğlub etdiyi dünyanın bir hissəsinə çevrilmək?..

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

M Teatr

Tbilisi prospekti 76, "QANUN" Nəşriyyatının binası, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın