İvan İliçin ölümü
Akademik Milli Dram Teatrı, Bakı2 tarix
Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında hazırlanan bu tamaşa ekspressionist faciə janrında səhnə yozumudur. Quruluş insanın həyat, ölüm və həqiqət qarşısında keçirdiyi daxili sarsıntını araşdırır. Tamaşanın əsas problematikasını insanın özünə, cəmiyyətə və həyatın mahiyyətinə münasibətdə yaşadığı aldanış təşkil edir. Tamaşa zahiri rifahın arxasında gizlənən mənəvi boşluğu və tənhalığı üzə çıxarır. İvan İliçin ölümə doğru yolçuluğu onun öz varlığı ilə amansız hesablaşmasına çevrilir.…