Məzmuna keçin
360expAçıq beta
Daxil olun

Qarabağnamə

Akademik Milli Dram Teatrı, Bakı2 tarix

"Qarabağnamə" tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanıb. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. Dram əsəri xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, milli birliyin bədii və obrazlı tərənnümüdür. İbrahim xan Şuşa qalasında hakimiyyətini bərqərar edərək həm İranla, həm də Rusiya ilə…