Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Dovşanın ad günü
Səhnə sənəti

Dovşanın ad günü

14 noyabr 2026, şənbə · 14:00Azərbaycan Dövlət Kukla Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 5 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

Uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən biri də “Dovşanın ad günü” nağıl-poemasıdır.

Əsər teatrımızın repertuarına yenicə daxil edilib.

Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Əsər əsas ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibat ilə, dolğun musiqi həlli ilə təqdim edilir.

Tamaşada hadisələr bir meşədə təsvir olunur. Belə ki, Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dövşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olurlar və bir-birinə kömək edirlər. Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib belə qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Əslində dostluq və düzlük qalib gəlir.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

Azərbaycan Dövlət Kukla Teatrı

Neftçilər prospekti 36, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın