Leylək və Müqəvva
13 noyabr 2026, cümə · 12:00Azərbaycan Dövlət Kukla Teatrı · Bakı
Bilet qiyməti (min.)
5 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
Azərbaycan Dövlət Kukla Teatrında repertuara yenicə daxil olan nümunənin qəhrəmanı Ağac və Leyləkdir.
Slovakiya yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” pyesi (tərcümə edən Zümrüd Quliyeva) əsasında hazırlanan tamaşanın adı “Leylək və Müqəvva”dır.
Uşaqlarda təbiətə, heyvanlara sevgi və diqqət aşılayan maraqlı səhnələrlə zəngin birhissəli uşaq tamaşasını quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Musiqi tərtibatlı tamaşada təbiət və insan tandemi ön plana çıxarılır.
Tamaşanın hekayəti bir az hüznlü, daha doğrusu, ibrətamiz hadisə ilə başlayır. Belə ki, əkin-biçin mövsümünün bitməsi ilə əlaqədar tarlada tərk edilən, sahibi tərəfindən taleyin hökmünə buraxılan Müqəvva bu sonluq ilə barışmaq istəmir. Özünü gərəksiz hiss etmək, insanların etibarsızlığı ilə qarşılaşmaq onu çox incidir və illərlə qoruduğu əkin sahəsini tərk etməyə qərar verir.
Küləyin köməyi ilə buna nail olan küskün Müqəvva yad yerlərə yol alır. Bu zaman isti ölkəyə köçə hazırlaşan leyləklərlə rastlaşır. Sırasından geri qalan, dəcəl uşaqlar tərəfindən atılan daşa görə qanadı qırılan balaca leyləyi sağaltmaq qərarına gəlir. Bütün qışı qurumuş ağacın iri gövdəsində daldalanan Müqəvva və balaca Leylək nəhayət baharın gəlişinə sevinirlər. Budur, artıq Leylək öz dəstəsinə qoşula bilər.
Bu nəticədən məsud olan Müqəvva sonda anlayır ki, ətrafa yararlı olmaq üçün tarladan da başqa yerlər var. Beləcə o Küləyə qoşularaq yeni yerləri kəşfə davam edir.
Harada
Azərbaycan Dövlət Kukla TeatrıNeftçilər prospekti 36, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın