Məzmuna keçin
360expAçıq beta
Daxil olun

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

İştirakçılar

Təsvir

Davamını oxu

“Rəqs et, yoxsa donarsan”

Yaş reytinqi: 4+

Müəllif: Anar Ərtoğrul Burcəliyev

Quruluşçu rejissor: Elşad Əhmədov

Rollarda: Zaur Əhmədov, Ümid Hüseynov, Elnur Abbasov, Aysu Kəngərli, Rauf Hüsenov, Mayan Hüseynova, Elmir Məmmədov, Ceyhun Qurbanov

Janr: musiqili nağıl tamaşa

Tamaşanın müddəti: 1 saat

“Rəqs et, yoxsa donarsan” — uşaqlar üçün nəzərdə tutulmuş musiqili-əyləncəli, interaktiv nağıl-tamaşadır. Əsərdə sehrli Rəqs Festivalına hazırlaşan rəngarəng və komik obrazların macəraları təqdim olunur. Festival zamanı sehrli rəqs enerjisi yoxa çıxır və qəhrəmanlar onu birlikdə axtarmağa başlayırlar. Özünə güvənməyən və hər şeyi “sonra edərəm” deyən Panda Po gözlənilmədən böyük rəqs istedadını kəşf edir. Lili, Ağbala, Cənab Ted, Klop Kloun və əkiz aparıcılar Qızıl və Qara Bossun iştirakı ilə hadisələr yumor, musiqi, rəqs və uşaqların birbaşa iştirakı ilə inkişaf edir. Tamaşanın əsas ideyası dostluq, birlik, özünəinam və hər bir insanın daxilində gizlənən istedadı kəşf etməsidir. Əsər uşaqlara “mən bacarmaram” düşüncəsindən uzaq olmağı, bir-birinə dəstək göstərməyi, birlikdə hərəkət etməyin gücünü və həyatın sevincini aşılayır. “Rəqs et, yoxsa donarsan ” uşaqları yalnız tamaşaçı deyil, hadisələrin fəal iştirakçısına çevirərək rəqs, musiqi, oyun və gülüş vasitəsilə dostluğun və birlikdə olmağın sehrini göstərir.

Səhnə sənətiTeatr

Əlavə məlumat

Süni intellektlə yaradılıb

Avtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.

Gəncə Dövlət Milli Dram Teatrında uşaqlar üçün musiqili-əyləncəli, interaktiv nağıl-tamaşa. Sehrli Rəqs Festivalına hazırlaşan qəhrəmanlar yoxa çıxan rəqs enerjisini axtarır, Panda Po isə rəqs istedadını kəşf edir. Tamaşa dostluq, birlik və özünəinam mövzularını işləyir. Yaş reytinqi: 4+, müddəti 1 saat. Müəllif: Anar Ərtoğrul Burcəliyev, quruluşçu rejissor: Elşad Əhmədov.

TeatrSəhnə sənətiAilə

Mənbə: iticket.az