Rəqs et, yoxsa donarsan
30 dekabr 2026, çərşənbə · 12:00Gəncə Dövlət Milli Dram Teatrı · Gəncə
Bilet qiyməti (min.)
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
İştirakçılar
Təsvir
Davamını oxu
“Rəqs et, yoxsa donarsan”
Yaş reytinqi: 4+
Müəllif: Anar Ərtoğrul Burcəliyev
Quruluşçu rejissor: Elşad Əhmədov
Rollarda: Zaur Əhmədov, Ümid Hüseynov, Elnur Abbasov, Aysu Kəngərli, Rauf Hüsenov, Mayan Hüseynova, Elmir Məmmədov, Ceyhun Qurbanov
Janr: musiqili nağıl tamaşa
Tamaşanın müddəti: 1 saat
“Rəqs et, yoxsa donarsan” — uşaqlar üçün nəzərdə tutulmuş musiqili-əyləncəli, interaktiv nağıl-tamaşadır. Əsərdə sehrli Rəqs Festivalına hazırlaşan rəngarəng və komik obrazların macəraları təqdim olunur. Festival zamanı sehrli rəqs enerjisi yoxa çıxır və qəhrəmanlar onu birlikdə axtarmağa başlayırlar. Özünə güvənməyən və hər şeyi “sonra edərəm” deyən Panda Po gözlənilmədən böyük rəqs istedadını kəşf edir. Lili, Ağbala, Cənab Ted, Klop Kloun və əkiz aparıcılar Qızıl və Qara Bossun iştirakı ilə hadisələr yumor, musiqi, rəqs və uşaqların birbaşa iştirakı ilə inkişaf edir. Tamaşanın əsas ideyası dostluq, birlik, özünəinam və hər bir insanın daxilində gizlənən istedadı kəşf etməsidir. Əsər uşaqlara “mən bacarmaram” düşüncəsindən uzaq olmağı, bir-birinə dəstək göstərməyi, birlikdə hərəkət etməyin gücünü və həyatın sevincini aşılayır. “Rəqs et, yoxsa donarsan ” uşaqları yalnız tamaşaçı deyil, hadisələrin fəal iştirakçısına çevirərək rəqs, musiqi, oyun və gülüş vasitəsilə dostluğun və birlikdə olmağın sehrini göstərir.
Əlavə məlumat
Süni intellektlə yaradılıbAvtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.
“Rəqs et, yoxsa donarsan” — uşaqlar üçün musiqili-əyləncəli, interaktiv nağıl-tamaşa. Sehrli Rəqs Festivalı zamanı yoxa çıxan rəqs enerjisini axtaran qəhrəmanların, o cümlədən Panda Ponun macəraları. Mövzular: dostluq, birlik, özünəinam. Müəllif: Anar Ərtoğrul Burcəliyev, rejissor: Elşad Əhmədov. Müddət: 1 saat. Yaş reytinqi: 4+. Gəncə Dövlət Milli Dram Teatrı.