Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Sənsiz
Səhnə sənəti

Sənsiz

14 noyabr 2026, şənbə · 19:00Akademik Milli Dram Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

Şıxəli Qurbanov “Sənsiz” əsərinin qısa məzmunu

“Sənsiz” 1937-ci ilin məşum repressiyalarına məruz qalan və həyatlarından, ailələrindən qoparılan insanların taleyindən – Tərlan və Sevincin həyat hekayəsindən bəhs edir.
Tərlan 18 il ərzində sürgündə ağır məşəqqətlər içində yaşayır. Lakin təkcə o əzab çəkmir; onun yolunu 18 il boyunca gözləyən Sevinc də eyni zülmü, acını çəkir.
Sevinc, Tərlanın günahsız olduğuna dair bəraət xəbərini aldıqdan sonra, onu tapmaq üçün yola çıxır. O, ərini – ya diri, ya da ölü tapmaq məqsədilə yola düşür.
Bu qərarı onun Tərlandan başqa heç bir həyat, heç bir səadət və başqa ailə istəmədiyini sübut edir.
Toy gecəsi Sevincindən ayrılan və 18 ildən sonra geri dönən Tərlan uzaqdan da olsa onu görmək istəyir.
Lakin o, Sevincin Fərhadla yaxın münasibətdə olduğunu düşünərək, onun xoşbəxtliyinə mane olmamaq üçün özünü tanıtmadan, səssizcə geri çəkilmək qərarına gəlir.
Getmədən öncə isə sürgündə olduğu 18 il ərzində özü ilə daşıdığı “Kiçiktəpə” geoloji araşdırmasının nəticələrini Fərhada verir.
Bu kəşf Fərhada respublika miqyasında şöhrət qazandırır, amma Fərhad bu yükün ağırlığını qaldıra bilmir.
Gec də olsa, ədalət qələbə çalır.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

Akademik Milli Dram Teatrı

Füzuli Küçəsi 1, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın