Qarabağnamə
18 noyabr 2026, çərşənbə · 12:00Akademik Milli Dram Teatrı · Bakı
Bilet qiyməti (min.)
8 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
"Qarabağnamə" tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanıb. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.
Dram əsəri xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, milli birliyin bədii və obrazlı tərənnümüdür.
İbrahim xan Şuşa qalasında hakimiyyətini bərqərar edərək həm İranla, həm də Rusiya ilə siyasi-iqtisadi əlaqələri və dostluq münasibətlərini möhkəmlətməyə çalışır. Onun bu siyasəti Azərbaycanın digər xanlıqlarında əvvəl gizlin, sonra açıq narazılıq doğurur. Vəziyyətdən istifadə edən erməni icması xanlıqlar arasındakı narazılıqları fitnə-fəsadla düşmənçilik səviyyəsinə çatdırır. Bütün bunlar Azərbaycanda böyük fəlakətlər törədir. İbrahim xan çar siyasətinin səmimiliyinə inanır və sonda aldadıldığını anlayır.
Tamaşada İbrahim xan ictimayi-siyasi, ailə- məişət hadisələri burulğanında mürəkkəb, təzadlı, faciəvi xarakter kimi təsvir edilir. İbrahim xan hətta qızı Ağabəyim ağanı da siyasətə qurban verərək, onu İran hökmdarı Fətəli şaha ərə verir. Lakin bu ayrılıq Ağabəyim ağanın Qarabağa olan məhəbbətini ürəyindən qopara bilmir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Harada
Akademik Milli Dram TeatrıFüzuli Küçəsi 1, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın