Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Tədbirlərə qayıdın
Motsart axşamı. Şam nurunda video instalyasiyalı konsert. Ars Caspia Ensemble
Musiqi

Motsart axşamı. Şam nurunda video instalyasiyalı konsert. Ars Caspia Ensemble

22 oktyabr 2026, cümə axşamı · 20:00Kamera və orqan musiqisi zalı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

Təsvir

Davamını oxu

🎻22 оktyabr 20:00-da möhtəşəm gözəlliyi və tarixi ab-havası ilə seçilən Kamera və Orqan Musiqisi Zalında (Kirxa) bu payızın ən çox gözlənilən konsertlərindən biri - şam nurunda video-instalyasiyalarla müşayiət olunan “Motsart axşamı” konserti baş tutacaq.

Təsəvvür edin: yüzlərlə şamın sakit və yumşaq işığında qədim bir zal, simli alətlərin ilk akkordları səslənir - və siz Motsart dövrünə qədəm qoyursunuz.

Musiqi işıq və istiliklə məkanı doldurur, gözəlliyin təsirindən ürəyiniz bir anlıq dayanır.

Bu axşam - sadəcə konsert deyil, bu, böyük dahinin canlı ruhu ilə görüşdür.

«Motsart axşamı » - XVIII əsr dahisinin ölməz əsərlərini Azərbaycanın ən yaxşı musiqiçilərinin ifasında dinləmək imkanıdır. Tarixi Kirxa divarları arasında, unikal akustika sayəsində notların xüsusilə təmiz və dərindən səslənməsi Motsartın musiqisini daha canlı, daha səmimi, daha ilhamverici və daha müasir edəcək.

Konsertdən əvvəl qonaqlar sayrışan şamların işığında Kirxanın ab-havasından zövq ala, fotolar çəkə və ya sadəcə olaraq şəhərin hay-küylü ab-havasından bir anlıq ayrılıb rahatlıq tapa bilərlər.

Bu axşam sizə klassik musiqinin canlı, emosional, ürəkdən və ehtiraslı ifasını bəxş edəcək.

⏰ Başlama vaxtı: 20:00

📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41

Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.

Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.

🎶Ansambl - Ars Caspia Ensemble

Ars Caspia Ensemble - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.

Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:

Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.

Nərgiz Hüseynzadə (ikinci skripka) - Respublika və Beynəlxalq müsabiqələr laureatı. Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.

Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.

Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.

Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.

Bu - yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.

🎼 Proqram

V.A. Motsart - Kiçik gecə serenadası

V.A. Motsart - Divertismentlər F-Dur

V.A.Motsart - «Sehrli fleyta» operasından «Gecə kraliçasının ariyası»

V.A.Motsart - Simli kvartet №4 do major K. 157

V.A.Motsart - Simfoniya No. 40

*Təşkilatçılar proqrama dəyişikliklər edilməsi hüququnu özlərində saxlayırlar.

🎟️ Yer sayı məhduddur.

Oktyabr ayının ən möhtəşəm musiqi axşamının bir parçası olmaq fürsətini qaçırmayın!

🎶Ars Caspia Conserts elanlarını izləyin, Bakının ən gözəl və cəlbedici yerlərində şam işığında video instalyasiyalarla möhtəşəm musiqi axşamlarını, multimediyalı konsertləri kəşf edin.

MusiqiKonsertlər

Harada

Kamera və orqan musiqisi zalı

28 May küçəsi 41, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın