Məzmuna keçin
360expAçıq beta
Daxil olun

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

İştirakçılar

Təsvir

Davamını oxu

İlyas Əfəndiyev

«Xurşidbanu Natəvan»

İbrahim xanın nəvəsi, Şuşa xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan təkcə şairə yox, həm də xeyirxah bir varis kimi nəinki, bütün Şuşada və Qarabağda hətta, bütün Şimali və Cənubi Azərbaycanda şöhrət qazanıb.
Vətənini, xalqını bütün varlığı ilə sevən Xan qızı hətta şəxsi xoşbəxtliyini də el təəssübünə qurban verir. Tiflis canişininin yavəri dağıstanlı knyaz Xasay bəylə qurduğu ailə ona xoşbəxtlik gətirmir.
Şuşada bu izdivacı lağa qoyub gülürlər. Xasay bəy əmisinin təhriki ilə geri – öz Vətəninə qayıtmalı olur.
Xan qızı Xasayı nə qədər çox sevsə də, onun yalvarışlarını cavabsız qoyub, vətənindən, xalqından ayrılıb onunla getmir.
Xan qızı özünün ilk məhəbbətini, Xasay bəyi unuda bilməyəcəyini bilsə də, ürəyində ömürlük yaraya çevrilən bu sevgini vətənə olan məhəbbətinə dəyişə bilmir.
Xasayın vətəninə qayıdışından sonra Natəvan zadəgan və sadə xalq təbəqələri arasındakı səddi dağıtmaq üçün Cənubi Azərbaycanın şah üsul-idarəsinin zülmündən qaçıb bu taya keçən Seyid Hüseynlə evlənir. Lakin...
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Səhnə sənətiTeatr

Əlavə məlumat

Süni intellektlə yaradılıb

Avtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin «Xurşidbanu Natəvan» tamaşası. Şuşa xanı Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın knyaz Xasay bəylə uğursuz izdivacından, vətən və xalq sevgisi naminə şəxsi xoşbəxtliyini qurban verməsindən və Seyid Hüseynlə evliliyindən bəhs edir. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur.

TeatrSəhnə sənəti

Mənbə: iticket.az