Məzmuna keçin
360expAçıq beta
Daxil olun

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

İştirakçılar

Təsvir

Davamını oxu

“Gülçöhrə və Əsgər”

Premyera: 18, 22 və 23 noyabr, saat 19:00
Janr: Musiqili dram
Yaş həddi: 16+

Əsərin müəllifi: görkəmli alim, akademik, Xalq yazıçısı Kamal Abdulla
Bəstəkar: görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev
Quruluşçu rejissor: Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov
Quruluşçu dirijor: Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev
Quruluşçu rəssam: Vüsal Rəhim
Quruluşçu baletmeyster: Əməkdar artist Nigar Şahmuradova
Xormeyster: Əməkdar artist Vaqif Məstanov
Rejissor: Elməddin Dadaşov
Konsertmeyster: Fidan Əliyeva
Rejissor assistentləri: Tamilla Aslanova, Çimnaz Bağırova

İştirakçılar:

Əməkdar artistlər: Əzizağa Əzizov, Almaz Ələsgərova, İqrar Əliyev
Prezident mükafatçıları: Səmədzadə Xasiyev, Mehriban Zaliyeva
Nicat Əli, Türkel Tariqpeyma, Gülnarə Abdullayeva, Gültac Əlili,
Elnarə Nağdəliyeva, Elxan İsmayılov, Elçin İmanov, Faiq Mirzəyev,
Rauf Babayev, Nərmin Əliyeva, İbrahim Əlizadə, Əli Kərimov,
Sübhan Rüstəmov, Orxan Hüseynov, Kamil Cəfərov

Tamaşada həmçinin xor və balet artistləri çıxış edirlər.

Haqqında

“Gülçöhrə və Əsgər” musiqili dramı — dahi Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsərinə yazılmış sanballı və düşündürücü davamdır.
Tamaşa, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirir.

Əsərdə baş qəhrəmanlar — Əsgər və Gülçöhrə — tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar.
Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam bir sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir.

Səhnə sənətiTeatr

Əlavə məlumat

Süni intellektlə yaradılıb

Avtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.

“Gülçöhrə və Əsgər” Kamal Abdullanın əsəri və bəstəkar Cavanşir Quliyevin musiqisi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnələşdirilən musiqili dramdır. Tamaşa Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamıdır. O, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün siyasi və ictimai hadisələrini əks etdirir. Premyera 18, 22 və 23 noyabrda, saat 19:00-da olacaq. Quruluşçu rejissor Əsgər Əsgərovdur. Yaş həddi: 16+.

TeatrSəhnə sənətiMusiqi

Mənbə: iticket.az