Fransızsayağı qarnir
27 noyabr 2026, cümə · 19:00Azərbaycan Dövlət Akademik Musiqili Teatrı · Bakı
Bilet qiyməti (min.)
8 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Mark Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyası
Ağlasığmaz sevgi oyunlarından bəhs edən tamaşanın süjet xətti gözlənilməz və maraqlı hadisələrlə zəngindir.
Musiqili Teatrının rus bölməsinin aktyorlarının ifasında 2011-ci ildən oynanılan bu komediya tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Rollarda:
Bernard – Rauf Babayev
Jaklin – Eleonora Mustafayeva, Valeriya İsgəndərova
Robert – Emil Heydərov
Suzetta – Svetlana Bulax (Əməkdar artist)
Suzanna – Yuliya Heydərova
Corc – Firus Məmmədov, Əliməmməd Novruzov
Harada
Azərbaycan Dövlət Akademik Musiqili TeatrıZərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın