Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Tədbirlərə qayıdın
Retro axşamı. Şam işığında. Candlelight Baku
Musiqi

Retro axşamı. Şam işığında. Candlelight Baku

28 noyabr 2026, şənbə · 18:30Kamera və orqan musiqisi zalı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 20 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

Candlelight Baku — Azərbaycanın ilk şam işığı konsertləri layihəsidir. 🕯️

Londondan Parisə, Nyu-Yorkdan İstanbula qədər dünyanın müxtəlif şəhərlərində tarixi məkanları sehrli musiqi səhnələrinə çevirən şam işığı konsertləri artıq Bakıdadır. 🌍

6 noyabrda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan musiqisinin qızıl dövrünə həsr olunmuş xüsusi retro axşam keçiriləcək.

Retro Band-in canlı ifası və minlərlə şamın yaratdığı zərif atmosfer bu gecəni unudulmaz musiqi təcrübəsinə çevirəcək. Proqramda Azərbaycan estradasının və vokal sənətinin sevilən əsərləri retro ruhunda, yeni və emosional çalarlarda səslənəcək. Tanış melodiyalar sizi nostalji hisslərlə dolu musiqi səyahətinə aparacaq.

Retro Band — Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, vokalistlər və instrumental ifaçılardan ibarət ansambldır. Piano, tar, kamança və zərb alətlərinin yer aldığı ansambl retro repertuarı canlı ifa üslubu ilə Candlelight atmosferində yenidən canlandırır.

🕯️ Müddət: 60 dəqiqə

🚪 Qapılar tədbirin başlamasına 15 dəqiqə qalmış açılır. Vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.

♿ Əlçatanlıq: Məkan əlil arabası istifadəçiləri üçün əlçatandır.

MusiqiKonsertlər

Mənbə: iticket.az

Harada

Kamera və orqan musiqisi zalı

28 May küçəsi 41, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın