Məzmuna keçin
360expAçıq beta
Daxil olun

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

İştirakçılar

Təsvir

Davamını oxu

Cəfər Cabbarlı — “Aydın”

“Aydın” yeni fikirli, azad düşüncəli bir gəncin faciəsindən bəhs edir. Əsər Azərbaycan dramaturgiyasında yeni düşüncənin və maarifçi ideyaların ifadəsi kimi mühüm yer tutur. Aydın obrazı isə cəmiyyət tərəfindən anlaşılmayan, lakin həqiqət uğrunda mübarizə aparan gəncin simvoludur.

Əsrin əvvəllərindən güclü neft tüğyanları və altun yığımlarının məkanı olmuş Bakı minlərlə Aydın kimilərini heçə döndərir. Aydın hər şeyini — ailəsini, məhəbbətini, cəmiyyətdə tutduğu mövqeyini, normal ruhi vəziyyətini itirərək “səfillər kralı” olur. O, dəhşətli cismani və ruhi əzablara düçar olsa da, mənəvi gözəlliyini, insani saflığını itirmir. Lakin yaşadığı mühit onu anlamır. Cəmiyyətin təzyiqi, mənəvi tənhalıq və daxili ziddiyyətlər Aydını sarsıdır. O, öz idealları ilə reallıq arasında sıxılır və nəticədə faciəvi aqibətlə üzləşir.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

Səhnə sənətiTeatr

Əlavə məlumat

Süni intellektlə yaradılıb

Avtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.

Cəfər Cabbarlının “Aydın” pyesi Akademik Milli Dram Teatrında. Əsər yeni fikirli, azad düşüncəli bir gəncin faciəsindən bəhs edir: neft və altun hərisliyi hökm sürən Bakıda Aydın ailəsini, məhəbbətini və mövqeyini itirərək “səfillər kralı” olur, lakin mənəvi saflığını qoruyur. Cəmiyyətin təzyiqi və daxili ziddiyyətlər onu faciəvi aqibətə aparır. Quruluşçu rejissor Xalq artisti Firudin Məhərrəmovdur.

TeatrSəhnə sənəti

Mənbə: iticket.az