"Pişiyin evi"
Azərbaycan Dövlət Yuğ Teatrı (Kukla Teatrının binasında), Bakı2 tarix
Samuel Marşakın ibrətamiz hekayəti uşaqların dünyasında bir başqa bərq vurur. Təbii ki, əsas səbəbi də nüvəsində bəşəri dəyərlərin uşaq dünyasına ustalıqla sığışdırılmasıdır. Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılının səhnə yolunun da maraqlı tarixçəsi var. Belə ki, tamaşa əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik…