Məzmuna keçin
360expAçıq beta
Daxil olun
"Pişiyin evi"
Səhnə sənəti

"Pişiyin evi"

14 noyabr 2026, şənbə · 18:00Azərbaycan Dövlət Kukla Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 5 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

Samuel Marşakın ibrətamiz hekayəti uşaqların dünyasında bir başqa bərq vurur. Təbii ki, əsas səbəbi də nüvəsində bəşəri dəyərlərin uşaq dünyasına ustalıqla sığışdırılmasıdır. Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılının səhnə yolunun da maraqlı tarixçəsi var. Belə ki, tamaşa əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.

İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

Azərbaycan Dövlət Kukla Teatrı

Neftçilər prospekti 36, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın