"Qırmızı Papaq"
Azərbaycan Dövlət Yuğ Teatrı (Kukla Teatrının binasında), Bakı3 tarix
Qırmızı papaqlı qızın başına gələnlər hər kəsə məlumdur. Maraqlı, həyəcanverici və cəsurluq haqqında bu hekayət Kukla Teatrı səhnəsində də özünün maraqlı quruluşunu tapıb. Uşaqlar kitabdan fərqli olaraq səhnədə kukla və canlı planda oyun sintezində bir tamaşada həm gülür, həm düşünür, həm də həyəcanlı anlar yaşayırlar. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları xalq artistləri Flora Kərimova, Gülyaz…