Məzmuna keçin
360expAçıq beta
Daxil olun
"Qırmızı Papaq"
Səhnə sənəti

"Qırmızı Papaq"

15 noyabr 2026, bazar · 12:00Azərbaycan Dövlət Kukla Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 5 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

Qırmızı papaqlı qızın başına gələnlər hər kəsə məlumdur. Maraqlı, həyəcanverici və cəsurluq haqqında bu hekayət Kukla Teatrı səhnəsində də özünün maraqlı quruluşunu tapıb. Uşaqlar kitabdan fərqli olaraq səhnədə kukla və canlı planda oyun sintezində bir tamaşada həm gülür, həm düşünür, həm də həyəcanlı anlar yaşayırlar.

Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

Azərbaycan Dövlət Kukla Teatrı

Neftçilər prospekti 36, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın