Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Molla Nəsrəddinin beş arvadı
Səhnə sənəti

Molla Nəsrəddinin beş arvadı

20 noyabr 2026, cümə · 19:00Azərbaycan Dövlət Akademik Musiqili Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 8 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

Təsvir

Davamını oxu

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet

"Molla Nəsrəddinin beş arvadı"

Yaş həddi: 6+

Müəllif: İbrahim Sadiqov (özbək yazıçısı)

Janr: Komediya

Dil: Azərbaycan

Müddət:

I hissə – 55 dəq.

II hissə – 60 dəq.

Quruluşçu rejissor: Əsgər Əsgərov

Quruluşçu rəssam: Nabat Səmədova

Quruluşçu baletmeyster: Zakir Ağayev (Əməkdar artist), Yelena Ağayeva

Baş dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)

Türkdilli xalqların hər biri Molla Nəsrəddini özününkü hesab edir. Əslində isə bu obraz bütün türk dünyasının müdriklik və kamillik simvoludur. O, öz hazırcavablığı, hadisələrə çevik münasibəti və tükənməz yumor hissi ilə bütün dövrlərin müasiridir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə yanaşı addımlayır, bu gün də eyni cəmiyyətin bir parçası olaraq ətrafdakı hadisələrə reaksiya göstərir, müdrik münasibətini bildirir və öz sərrast yumoru ilə tamaşaçını həm güldürür, həm düşündürür.

İlk baxışdan “Molla Nəsrəddinin beş arvadı” komediyası sadə süjet üzərində qurulmuş kimi görünür. Lakin dərinliyinə varıldıqda bu sadəliyin altında böyük mənalar və ciddi məqamlar gizləndiyi aydın olur.

Səhnə sənətiTeatr

Harada

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın