“Pullu komediya”
24 oktyabr 2026, şənbə · 19:00Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı
Bilet qiyməti (min.)
10 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
Xanım Aydın. “Pullu komediya”
Yaş həddi: 16+
Müəllif: Xanım Aydın (Klod Manyenin “Oskar” komediyasına təbdil)
Quruluşçu rejissor: Nicat Mir Kazımov (Əməkdar artist)
Quruluşçu rəssam: Telman Şıxıyev
Musiqi tərtibatı: Azər Hacıəsgərli
Əsas rolların ifaçıları: Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Nəsibə Eldarova (Əməkdar artist), Kəmalə Müzəffər (Əməkdar artist), Elşən Hacıbabayev, Müşfiq Elmanoğlu, Mehriban Abdullayeva, Könül Əbil, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Venera Abbasova, Sənan Kazımov, İlhan Sadıqov
Janr: absurd - komediya
Tamaşanın müddəti: I hissə - 1 saat
II hissə - 45 dəqiqə
Klod Manyenin “Oskar” pyesini təbdil edən Xanım Aydının “Pullu komediya” tamaşası “Cəbiş Sabunlu” şirkətinin rəhbəri Cəbiş biznesdə daha böyük mənfəət qazanmaq naminə “qara mühasibatlıqdan” istifadə etməkdən belə çəkinmir. Onun gizli qazanc mənbəyini öyrənən köməkçisi Mənfəət bu fakta əsaslanaraq, üstüörtülü şəkildə hədə-qorxu gəlir və şirkətin kommersiya direktoru vəzifəsinin ona həvalə olunmasını istəyir. Bunun səbəbi odur ki, Mənfəət evlənmək istədiyi zəngin ailənin qızını hər cür maddi imkanlarla təmin etmək arzusundadır. Sonradan məlum olur ki, onun sevdiyi qız Cəbiş Sabunlunun qızıdır.
Mənfəət əldə etmək və evlənmək kimi iki faktdan başlanan tale oyunları təkcə Sabunlunu deyil, bütün iştirakçıları gülünc vəziyyətə salır. Personajlar qazanmaq və evlənmək naminə bir-birinə tələ qururlar. Nəticədə, bu qarışıq ailə “oyununun” içində Cəbiş də, ətrafındakılar da uduzurlar. Sərvət isə tamamilə yad adamlara qalır.
Cəbişin xanımı Suğra, qızı Duru, sevgilisindən olan qızı Səfiyyə, qulluqçusu Zərqələm, kommersiya şöbəsinin müdiri Mənfəət, bir sözlə, bütün personajlar məzhəkə iştirakçılarına çevrilirlər. Müəllifin məqsədi əsərinin personajlarını, sadəcə, təqdim etmək deyil, həm də onların vasitəsi ilə mesaj ötürməkdir. Xoş ovqat hədiyyəsi ilə tamaşaçıları sevindirən tamaşa hamıya bir həyat dərsi verir: aza qane olmayan əlindəkiləri də itirər; haram pullarla qazanılan var-dövlətin deyil, təmiz insani duyğuların soraqçısı olmaq lazımdır.
Harada
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar TeatrıNizami küçəsi 72, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın