Aybolit
19 noyabr 2026, cümə axşamı · 14:00Azərbaycan Dövlət Kukla Teatrı · Bakı
Bilet qiyməti (min.)
5 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
Uşaqların sevimli “Aybolit”i
Yaş həddi: 3+
Dili: azərbaycan
Müddəti: 55 dəqiqə
Azərbaycan Dövlət Kukla Teatrında Korney Çukovskinin məşhur “Aybolit” şeiri əsasında eyniadlı tamaşa hazırlayıb.
Bildiyiniz kimi, “Aybolit” əsəri məşhur rus yazıçısı Korney Çukovskiyə məxsusdur. Bu, ilk dəfə 1929-cu ildə nəşr olunan və bu sayədə heyvanlara kömək edən mərhəmətli həkim Aybolit obrazını milyonlarla uşağa sevdirən bədii nümunədir.
Nümunə əsasında müxtəlif illərdə pyeslər, teatr tamaşaları və musiqili quruluşlar hazırlanıb. Aybolit obrazı uşaq teatrlarında, kukla və musiqili səhnələrdə tez-tez istifadə olunub. Əsərin populyarlığı səbəbindən onun sonrakı illərdə teatrlaşdırılmış versiyaları, həmçinin, film və cizgi adaptasiyaları da hazırlanıb.
Bu mənada teatrın cari repertuarında da özünə yer edən əsərə yeni nəsil uşaqların baxış tərzinə uyğun şəkildə baxılıb.
Birhissəli kukla tamaşasında balacalar fərqli heyvan pesronajların timsalında həm onları əhatə edən ətraf aləm barədə məlumatlanacaq, həm də dostluq, birlik və xeyirxahlıq haqqında təsəvvürlərini genişləndirəcəlklər.
Harada
Azərbaycan Dövlət Kukla TeatrıNeftçilər prospekti 36, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın