Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Şükriyyə
Səhnə sənəti

Şükriyyə

22 noyabr 2026, bazar · 19:00Akademik Milli Dram Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

Cavid Zeynallı “Şükriyyə” tamaşası haqqında

Yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan tamaşa 1937-ci ildə repressiyaya məruz qalan istiqlal şairimiz, Azərbaycanın dövlət himninin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə haqqındadır.

Əhməd Cavad həbs olunandan sonra “xalq düşməni”nin arvadı kimi Şükriyyə Axundzadəyə istintaqda təklif olunur ki, Əhməd Cavaddan boşansa, özünü də, övladlarını da sürgün olunmaqdan qoruya bilər.
Şükriyyə isə “Mənim boşanmaq haqqında ərizəm Cavada atılan güllədən də betər olar” deyib, imtina edir və Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına sürgünə göndərilir.

Vaxtilə Batumda Əhməd Cavada qoşulub qaçdığı üçün uzun illər ailəsi tərəfindən qəbul edilməyən Şükriyyə taleyin növbəti imtahanı ilə üzbəüz qalır. Sürgündə olanda nə Əhməd Cavaddan, nə də övladlarından xəbər ala bilməyən bu fədakar qadın bir-birindən dəhşətli hadisələrə səbir və mətanətlə dözür, ən çətin sınaqlar belə onun möhkəm iradəsini sındırmır.

Məhəbbətinin qurbanı olan Şükriyyə Stalin rejiminin repressiya qurbanı kimi 8 il sürgün cəzası çəkib nəhayət Vətənə qayıdır. Tamaşanın əsas hadisəsinə paralel olan süjet xətlərində Şükriyyə Axundzadə ilə bərabər digər ölkələrdən sürgün olunan qadınların da taleyinə işıq salınır, insanın mənəvi təmizliyi, çətin sınaqlar qarşısında ləyaqət hissini qoruması tamaşaçılara təqdim olunur.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

Akademik Milli Dram Teatrı

Füzuli Küçəsi 1, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın