Məzmuna keçin
360expAçıq beta
Daxil olun
“Paris Notr-Dama ithaf”
Səhnə sənəti

“Paris Notr-Dama ithaf”

19 noyabr 2026, cümə axşamı · 19:00Azərbaycan Dövlət Akademik Musiqili Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

Təsvir

Davamını oxu

"Paris Notr -Dama ithaf" tamaşası l hissə - 65 dəqiqə ll hissə - 60 dəqiqə "Paris Notr-Dama ithaf” tamaşası böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanmışdır. Tamaşanın quruluşçu rejissoru və librettonun müəllifi Samir Qulamovdur. İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Teatr bu səhnə əsərini bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edib. Tamaşada böyük, plotonik sevgidən bəhs edilir və ali insan nümunəsi ön plana çəkilir. Bu səhnə əsərində "Notre-Dame de Paris” müziklına görə "Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarlar - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib. Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeyster Əməkdar artist Vaqif Məstanovdur. Rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist – Nadir Xasiyev, aktyorlar – Mehriban Zaliyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov, teatrın xor və balet artistlətri ifa edirlər.

Səhnə sənətiTeatr

Harada

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın