Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Ölülər
Səhnə sənəti

Ölülər

20 noyabr 2026, cümə · 19:00Akademik Milli Dram Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

"Ölülər"

Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı “Ölülər” komediyası mövzu orijinallığı, ideya zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bir bədii sənət incisidir.
Əsərdəki komizmin mahiyyətindəki tragizm isə ağıl sahibinin tək və köməksiz, nadan fanatiklərin isə çoxsaylı və güclü olmasından irəli gəlir.
İsgəndər zəmanəsinin, mühitinin, vəziyyət və imkanının yol verdiyi şəkidə hərəkət edən inqilabçı deyil, real vəziyyəti sərrast və kəskinliklə qiymətləndirən mübariz ziyalı obrazıdır.
Əsərdə ikinci obraz epoxal tip səviyyəsinə qaldırılan, ifşa hədəfi seçilən məşhur Şeyx Nəsrullahdır.
Şeyx Nəsrullah avamların, fanatiklərin, mütilərin əksəriyyət təşkil etdiyi bir mühitdə dini, imanı quldurluq alətinə çevirən, nəfsinin və ehtirasının qulu olan bir tipdir.
Mənəvi ölülər və onların dünyasında at oynadan Şeyx Nəsrullaha qarşı dayanan isə zülmət səltənətində bir nur, ayıq bir şüur, təmiz əxlaq, yüksək mənəviyyat mücəssəməsi olan İsgəndər dayanmışdır.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

Akademik Milli Dram Teatrı

Füzuli Küçəsi 1, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın