Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Polkovnikə məktub
Səhnə sənəti

Polkovnikə məktub

13 noyabr 2026, cümə · 19:00Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

İlqarə Tosova. “Polkovnikə məktub”

Yaş həddi: 18+

Müəllif: İlqarə Tosova

Quruluşçu rejissor: Ayşad Məmmədov (Əməkdar artist)

Quruluşçu rəssam: Mələksima

İfaçı: İlqarə Tosova

Janr: tək ifa üçün psixoloji dram

Tamaşanın müddəti: 50 dəqiqə

Aktrisa İlqarə Tosova Qabriel Qarsia Markesin “Polkovnikə məktub” əsərini simvolizə etməyə çalışsa da, səhnələşdirmə müəllifi kimi, öz arzu və istəklərinin fövqündə bir dramaturji material yazıb.

Əsərin əsas qəhrəmanı Qadındır. O, həmişə nikbin, həmişə şən bir gəncdir. Həyat birdən-birə onu elə sınaqlarla üzləşdirir ki, sanki bütün ömrünü hər an sına biləcək büllür gülqabının içinə toplayır. Aktrisa olmaq üçün cəhdlərinə baxmayaraq, arzusuna çatmır. Hər şeyin bitib-tükəndiyi bir vaxtda oğlu dünyaya gəlir. O, öz polkovnik həyat yoldaşı ilə bəxtəvər xanım, ana həyatını yaşayır. Lakin bu bəxtiyarlığı da uzun sürmür. Oğlu qəzada dünyasını dəyişir. Fiziki cəhətdən tənhalaşan qadın mənən də tənhalaşır. İndi onun sevimli ömür-gün yoldaşı polkovnik də qəlbini ram edə bilmir. Həyatın bu ağır sınağı onun ruhi sarsıntılarına çevrilir.

Tək ifa üçün yazılmış “Polkovnikə məktub” psixoloji dramı müəllifin özü tərəfindən ifa edilir.

Tamaşanın ötürdüyü əsas mesaj bundan ibarətdir ki, heç bir maddi sıxıntı insanı məhv edə bilməz. İnsan mənəvi cəhətdən tənhalaşanda ruhi sarsıntılar yaşayır. Qarşılıqlı anlaşma, maddi və mənəvi dəstək, bir də daxili zənginlik insanın xilasına çevrilə bilər.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az