Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Büllur başmaq
Səhnə sənəti

Büllur başmaq

18 noyabr 2026, çərşənbə · 12:00Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 8 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

Şarl Perro. “Büllur başmaq”

Yaş həddi: 5+

Müəllif: Şarl Perro

Səhnələşdirən və quruluşçu rejissor: Ayla Osmanova

Quruluşçu rəssam: Mustafa Mustafayev

Tamaşanın plastik həlli: Ceyhun Dadaşov

Əsas rolların ifaçıları: Asya Atakişiyeva, Xalidə Əliməmmədova, Hökümə Rəhimzadə, Xəyalə Qasımova, Rəşad Səfərov, Ümman Budaqov, Ədalət Əbdülsəməd, Gülər Nəbiyeva (Əməkdar artist), Ramiq Nəsirov, Natiq Fərzəliyev, Yusif Dadaşov

Janr: nağıl-tamaşa

Tamaşanın müddəti: 50 dəqiqə

Dünyanın hər yerində uşaqların çox sevdikləri bir nağıl qəhrəmanı var: Zoluşka. Gözəl və mehriban olan bu qız həm də çox çalışqandır. Atası odunçu olan bu qız çox erkən yaşlarında anasını itirir. Atası bir qızı olan qadınla evlənir. Ögey ana ilk gündən Zoluşkanı incitməyə başlayır, bütün ev işlərini ona gördürür. Atası narahat olmasın deyə, qız bütün işləri səbrlə, gözəl şəkildə görməyə çalışır. Nə edirsə-etsin, ögey anasını razı sala bilmir.

Zoluşkanın yaşadığı ölkədə şahın oğlu özünün bəyəndiyi bir qızla evlənmək istəyir. Ona layiqli bir gəlin tapmaq üçün on altı yaşından yuxarı bütün subay qızların dəvət olunduğu bir ziyafət təşkil edilir. Zoluşkanın ögey anası onu işlə yükləyib öz qızları ilə bu şənliyə gedir. Bundan pərt olan Zoluşka göz yaşları içində ögey anasının tapşırıqlarını yerinə yetirməyə başlayır.

Bu zaman bir möcüzə baş verir: xaç anası Pəri gəlir. O, sehrli şəkildə qızın bütün işlərini görür. Sonra öz sehri ilə Zoluşkaya gözəl paltar, ayağına büllur başmaq geyindirir. Onun üçün çapar atlı fayton təşkil edir. Eyni zamanda, Zoluşkaya xəbərdarlıq edir ki, "Gecə on ikidən əvvəl evə qayıtmalısan, yoxsa bütün sehr yoxa çıxar və səni tanıyarlar."

Zoluşka ziyafət məclisinə daxil olan kimi hamı onu bəyənir, rəqsinə valeh olur. Şahzadə isə bu qıza aşiq olur və onunla evlənmək qərarına gəlir. Saatın zəngi Zoluşkaya geri qayıtma vaxtını xatırladanda, o, tələsik şənlikdən uzaqlaşmağa çalışır. Bu zaman büllur başmağın bir tayı orada qalır. Şahzadə bu ayaqqabının vasitəsi ilə Zoluşkanı tapır. Lakin ögey ana bu məqamda da hiylə və məkrindən əl çəkmir: nəyin bahasına olursa-olsun, şahzadənin onun qızlarından biri ilə evlənməsini istəyir. Ağıllı şahzadə ayaqqabının əsl sahibinin Zoluşka olduğunu bilir və onunla evlənir.

Zoluşka personajı xeyirxahlığın, ögey ana məkrin rəmzinə çevrilərək, uşaqlara mübarizlik, düzlük və sədaqət duyğularını tövsiyə edir.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az