Pamela Trevers “Meri Poppins”
19 noyabr 2026, cümə axşamı · 12:00Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı
Bilet qiyməti (min.)
8 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
Pamela Trevers. “Meri Poppins”
Yaş həddi: 5+
Müəllif: Pamela Trevers
Quruluşçu rejissor və tərcümə müəllifi: Ayla Osmanova
Quruluşçu rəssam: Nisə Həsənova
Xoreoqraf: Ceyhun Dadaşov
Əsas rolların ifaçıları: Zemfira Əbdülsəmədova, Aydan Həsənzadə, Xaliq Bəkirov, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov
Janr: nağıl-tamaşa
Tamaşanın müddəti: birhissəli - 1 saat
Pamela Treversin “Meri Poppins” tamaşasında naməlum məkandan gələn qeyri-adi dayə Meri Poppinsdən və onun iki dəcəl uşağı necə ram etməsindən söhbət açılır.
Meri dəcəlləri özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir, onlara səma cisimləri haqqında danışır. Uşaqlar gah Merinin, gah onun dayısı Qıvırcığın, gah da Dovşanın sınaqlarından keçirlər. Dayə, eyni zamanda, balalara oxumağın, oynamağın, əylənməyin sirlərini öyrədir. Nəticədə, dəcəl Maykl və bacısı Ceyn dayələrini sevir, onun köməyi ilə davranış qaydalarının sirlərini öyrənirlər.
Pamela Trevers Merinin simasında bizə uşaqlarla səmimi olmağı, nəyi isə öyrədərkən, onların kövrək dünyasından dünyaya baxmağı məsləhət görür.
Tamaşanı əyləncəli oyunlar, gözəl musiqi nümunələri, rəqslər müşayiət edir.
Harada
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar TeatrıNizami küçəsi 72, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın