Məzmuna keçin
360expAçıq beta
Daxil olun

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

“III Riçard”

Yaş həddi: 16 +

Müəllif: Uilyam Şekspir

Tərcümə: Dilsuz, Şövqi Hüseynov

Quruluşçu rejissor: Xalq artisti Cənnət Səlimova

Quruluşçu rəssam: Elşən Sərxanoğlu

Baletmeyster: Sergey Qritsay (RF-in Əməkdar incəsənət xadimi)

Əsas rolların ifaçıları: Əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Elnur Kərimov, Elnur Bəhramxan, Mehriban Abdullayeva, Nəsibə Eldarova, Güşvər Şərifova, Gülər Nəbiyeva, artistlərdən Anar Seyfullayev, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Təhminə Məmmədova, Nuriyyə Əliyeva, Səbinə Məmmədzadə, Vahid Orucoğlu, Elşən Hacıbabayev, Eyvaz İbrahimov, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Ramil Şamiloğlu, Nurlan Süleymanlı, Hilal Dəmirov, Anar Səfiyev, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, İmdad Tofiqoğlu, Yusif Dadaşov, İlhan Sadıqov, Araz Pirimov, Aydın Dəmirov, İmran Qurbanov, Hüseyn Bayramov, Vüqar Məmmədəliyev, Rövşən Abbasov, Eldar İmanov, İradə Rəşidova, Aybəniz Heydərova, Ayxan və Kənan Kərimovlar və başqaları.

Janr: fars-faciə

Tamaşanın müddəti: I hissə - 1 saat 10 dəqiqə

II hissə - 1 saat

Tamaşa vicdan hissindən məhrum, taxt-taca sahib olmaq üçün doğmalarını belə öldürməkdən çəkinməyən, cinayətləri ilə ad çıxaran, səhnəyə gah Stalin, gah Hitler kimi çıxan III Riçardın hərisliyindən bəhs edir.

Riçardın məhv etdiyi insanlar gözünə görünür. Onlar xahiş edirlər ki, qılıncını yerə qoysun, daha nahaq qan tökməsin. Onu vicdanlı olmağa səsləyənlərə: “Vicdan boş şeydir!”-deyən Riçard hətta: “Cənnətə olmasa da, Cəhənnəmə irəli!”- deyib insanları ölümə sürükləyir.

Bu qan-qadaya cəngavər bir igid - Riçmond son qoyur. O, insanların xilaskarına çevrilir.

Səhnə sənətiTeatr

Mənbə: iticket.az