"Solğun Çiçəklər"
19 noyabr 2026, cümə axşamı · 19:00Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı
Bilet qiyməti (min.)
10 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
Cəfər Cabbarlı. “Solğun çiçəklər”
Yaş həddi: 16+
Müəllif: Cəfər Cabbarlı
Tamaşanın bədii rəhbəri: Nicat Mir Kazımov (Əməkdar artist)
Səhnələşdirmə müəllifi və quruluşçu rejissor: Səbinə Məmmədzadə
Quruluşçu rəssam: Elmira Üzeyirova
Baş rolların ifaçıları: Leyli Vəliyeva (Əməkdar artist), Aygün Fətullayeva, Ədalət Əbdülsəməd, Ümman Budaqov
Janr: faciə
Tamaşanın müddəti: birhissəli, 1 saat
Tanınmış aktyor və rejissor, Əməkdar artist Nicat Mir Kazımovun bədii rəhbərliyi ilə hazırlanmış görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi ilk baxışda məişət dramı təsiri bağışlasa da, əslində ciddi sosial problemlər kontekstində təcəssüm tapmışdır. Əsərin adı da rəmzi məna daşıyır. Gül ətirli, çiçək kimi gözəl Sara gülləri çox sevir. Lakin onun da ömrü bəslədiyi güllər kimi qısa olur. Çünki ögey anası ilə ögey bacısının qurduğu torun ilmələrində çapalayıb xilas ola bilmir. Əslində Saranın facisəinə öz doğma əmisi oğlu, çox sevdiyi Bəhramın xəyanəti səbəb olur. Bəhram hissə qapılmasaydı, qadın məkrinə uymasaydı, nə Gülnisə, nə də Pəri Saranı məhv edə bilərdi. Ərini öldürüb onun var-dövlətini ələ keçirən Gülnisə doğma qızının xoşbəxtliyi naminə ögey qızının sevdiyini də əlindən alır. Sözsüz ki, xəyanət cəzasız qalmır.
Sosial problemlər və sosail ədalətsizlik bir ailənin faciəsinə səbəb olur. Cabbarlı yaşadığı cəmiyyətin paxırını, iç üzünü bu faciə vasitəsi ilə insanlara çatdıraraq bildirmək istəyir ki, bir ailə məkr və hiylənin qurbanı olursa, deməli, cəmiyyətin özülü laxlayır.
Gənc rejissor Səbinə Məmmədzadənin quruluşunda hazırlanan bu tamaşanı gözəl lirik səhnələr, sarsıdan dramatik məqamlar, həzin leytmotiv və maraqlı işıq effektləri müşaiyət edir.
Harada
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar TeatrıNizami küçəsi 72, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın